4 noyabr 2024-cü il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsi və Quba Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş "Tarix Yazan Qəhrəmanlar" adlı rəqs və yaradıcılıq festivalı keçirilmişdir. Tədbirə Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndələri, təhsil işçiləri və şəhid ailələri qatılmışdır.
Festival çərçivəsində əvvəlcə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin Zəfər Gününə həsr olunmuş rəsm sərgisi nümayiş olunmuşdur.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasıyev çıxış edərək Zəfər Gününün əhəmiyyətindən bəhs edib və iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik ediblər. Daha sonra rəqs dərnəyinin üzvləri öz maraqlı çıxışları ilə tədbirə rəng qatıblar.
Festivalın sonunda rəqs və yaradıcılıq fəaliyyətində fərqlənən iştirakçılar diplomlarla təltif edilib. Bu festival Zəfər Gününün önəmini vurğulamaqla yanaşı, məktəblilərin yaradıcılıq potensialını dəstəkləmək və onların milli ruhunu daha da gücləndirmək məqsədi daşıyırdı.
#MÜTDA #Eduaz #QubaXaçmazRTİ #ZƏFƏRBAYRAMI





Yeni Şərh